...

Milli koalisiyanın rəhbəri Suriya hakimiyyətini səlahiyyətlərini keçid hökumətinə təhvil verməyə çağırıb

Dünya xəbərləri Materials 22 Yanvar 2014 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Suriyanın müxalif Milli koalisiyasının rəhbəri Əhməd Carba Suriya hakimiyyətinin "Cenevrə-2" konfransındakı nümayəndələrini keçid hökumətinin yaradılması planlarına sadiq qaldıqlarını təsdiqləməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verib.

O bəyan edib: "Mən nümayəndə heyətini [rəsmi Suriyanın] icraedici və hərbi hakimiyyət də daxil olmaqla Əsədin bütün səlahiyyətlərinin dərhal təhvil verilməsi üçün Cenevrə bəyannaməsini imzalamağa çağırıram".

Onun sözlərinə görə, bu, yeni Suriyanın qurulmasında ilk addım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti