...

Ədliyyə naziri: Ukraynada hakimiyyət və müxalifət razılığa gəliblər ki, Rada amnistiya elan edəcək

Dünya xəbərləri Materials 28 Yanvar 2014 02:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend /

Ukraynada hakimiyyət və müxalifət razılığa gəliblər ki, əgər inzibati binalar və yollar azad olunsa Rada amnistiya elan edəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ölkənin ədliyyə naziri Yelena Lukaş bəyan edib.

Görüşün yekunlarına əsasən, tərəflər "Amnistiya haqqında" Ukrayna qanuna səs verməyə razılığa gəliblər.

"Amnistiya ələ keçirilmiş bütün bina və avtomobil yollarının azad olduğu halda qüvvəyə minəcək. Əks halda törədilən qanun pozuntuları əfv olunmayacaqlar", - məlumatda deyilir.

Müxalifətin təklifinə əsasən, "Amnistiya haqqında" qanunun qəbul edilməsi, siyasi böhranın bütün dövr ərzində aksiya iştirakçılarını məsuliyyətdən azad etməlidir.

Xəbər lenti

Xəbər lenti