...

Gürcü sinoptiklər havanın kəskin pisləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 30 Yanvar 2014 13:38 (UTC +04:00)
Yanvarın 31-dən Gürcüstan ərazisində havanın kəskin soyuyacağı gözlənilir, ölkə üzrə havanın temperaturu mənfi 10 dərəcəyədək enəcək.
Gürcü sinoptiklər havanın kəskin pisləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib

Gürcüstan, Tbilisi, 30 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Yanvarın 31-dən Gürcüstan ərazisində havanın kəskin soyuyacağı gözlənilir, ölkə üzrə havanın temperaturu mənfi 10 dərəcəyədək enəcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatında deyilir.

Məlumata əsasən, yanvarın 30-dan soyuq hava kütlələri Gürcüstan ərazisinə daxil olacaq.

Gürcüstanın şərqindəki aran rayonlarında havanın temperaturu mənfi 10-15 dərəcə, dağlarda mənfi 17-22 dərəcə təşkil edəcək. Yollar buz bağalayacaq.

Fevralın ilk günlərində Gürcüstanın bütün ərazisinə yağış və qar yağacağı gözlənilir.

Məlumatda qeyd olunur ki, belə anomal soyuq hava şəraiti ölkə ərazisində 1970-1990-cı illərdə beş dəfə, 2000-ci illərdə isə 3 dəfə müşahidə olunub.

Gürcüstanda sonuncu dəfə temperaturun kəskin azalması 2012-ci ildə qeydə alınıb.

Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit soyuq hava şəraiti Gürcüstanda fevralın sonunadək davam edəcək.

Yanvarın 30-da Tbilisidə havanın temperaturu 2-4 dərəcə isti təşkil edir, şəhərə yağış yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti