...

Ağ ev: Yatsenyuk əmin edib ki, Ukraynanın yeni hakimiyyəti öhdəlikləri yerinə yetirəcək

Dünya xəbərləri Materials 1 Mart 2014 08:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Ali Rada tərəfindən təyin olunmuş Ukraynanın baş naziri Arseniy Yatsenyuk ABŞ-ın vitse-prezidenti Cozef Baydeni əmin edib ki, yeni hakimiyyət Kiyevdə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcək və bütün xalqına xidmət edəcək. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Ağ evin mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, "baş nazir vurğulayıb ki, yeni hökumət öz beynəlxalq öhdəliklərinə sadiq qalacaq və bütün Ukrayna xalqına xidmət edəcək".

Vitse-prezident öz növbəsində, "ABŞ tərəfindən yeni hökumətin tam dəstəkləməsini" təsdiqləyib.

Bundan başqa, Bayden Yatsenyuk "hökumətinin nümayiş etdirdiyi təmkinliyi" yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti