...

Ədliyyə Nazirliyi: Rusiya müəyyən olunan müddətdə Ukraynanın şikayəti üzrə öz mövqeyini Avropa Məhkəməsinə təqdim edəcək

Dünya xəbərləri Materials 15 Mart 2014 14:25 (UTC +04:00)
Rusiya hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsindən "Ukraynanın Rusiyaya qarşı" iddiası üzrə şikayətin kommunikasiyasından və lazımlı sənədlərin alınmasından sonra müəyyən olunan müddətdə öz mövqeyini hazırlayacaq.
Ədliyyə Nazirliyi: Rusiya müəyyən olunan müddətdə Ukraynanın şikayəti üzrə öz mövqeyini Avropa Məhkəməsinə təqdim edəcək

Azərbaycan, Bakı, 15 mart /Trend/

Rusiya hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsindən "Ukraynanın Rusiyaya qarşı" iddiası üzrə şikayətin kommunikasiyasından və lazımlı sənədlərin alınmasından sonra müəyyən olunan müddətdə öz mövqeyini hazırlayacaq. Trend-in məlumatına görə, bunu RF Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən RİA Novosti yayıb.

Bir müddət əvvəl KİV-də Ukraynanın Rusiyanın hərəkətləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət etdiyi və şikayətin qeydə alındığı barədə məlumat yayılsa da, son məlumatlara görə, şikayət baxılmaq üçün hələlik qəbul edilməyib.

Nazirlikdən verilən məlumata görə, "RF hakimiyyəti "Ukraynanın Rusiyaya qarşı" şikayəti üzrə öz mövqeyini hazırlayıb AİHM-ə təqdim edəcək".

Strasburq məhkəməsində şikayətlərin müzakirəsi proseduruna əsasən, cavabdeh dövlətin hakimiyyəti məhkəməyə şikayətlə bağlı öz mövqeyini və əgər varsa, iş üzrə əlavə şərait təqdim edir. Rusiya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən hakimiyyətin Rusiya Federasiyasına göndərilmiş cavabının AİHM tərəfindən təyin edilmiş müddətdə olacağını vəd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti