...

Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib

Dünya xəbərləri Materials 18 Mart 2014 13:22 (UTC +04:00)
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı tərkibinə qəbul olunması haqqında öz təklifini təsdiq edir. Bununla belə bu qərarın qəbulu üçün Avropa İttifaqının bütün üzv dövlətləri bu məsələdə yekdil mövqeyi nümayiş etdirməlidirlər.
Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı tərkibinə qəbul olunması haqqında öz təklifini təsdiq edir. Bununla belə bu qərarın qəbulu üçün Avropa İttifaqının bütün üzv dövlətləri bu məsələdə yekdil mövqeyi nümayiş etdirməlidirlər. Trend-in məlumatına görə, bu barədə RBK "Deutsche Welle"-yə istinadən xəbər yayıb.

Aİ-nin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində deyib: "Əgər biz hazırkı hadisələrin baş verdiyi Şərqi Avropanın həmin hissəsini ciddi şəkildə dəyişdirmək istəyiriksə, onda biz Aİ-nin malik olduğu ən güclü siyasi alətdən istifadə etməliyik. Bu, genişləndirmədir. Bu, misli-bərabəri olmayan effektə və sabitləşdirici qüvvəyə malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti