Azərbaycan, Bakı, 19 mart / Trend /
İranın Arak şəhərindəki ağır suda olan reaktoru İranla "altılıq" arasında danışıqların növbəti günü Vyanada əsas müzakirə mövzusu olacaq. Bu barədə Trend İRNA agentliyinə istinadən çərşənbə günü xəbər verir.
Çərşənbə axşamı tərəflər sülh nüvə əməkdaşlığını, uranın zənginləşdirilməsini və sanksiyaların götürülməsini müzakirə ediblər.
İran və Р5 + 1 (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya) yekun sazişin əldə edilməsi məqsədilə danışıqları davam etdirmək niyyətindədirlər.
Uranın zənginləşdirilməsi, İranın Arak şəhərindəki ağır suda olan reaktorun və həmçinin ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi məsələləri danışıqların gündəliyinə daxil edilib.
ABŞ və onun qərb müttəfiqləri İrandan nüvə silahı hazırlamaqda şübhələnirlər, bunu isə İran inkar edir. İran İslam Respublikası dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmağa can atmır, lakin tibbi araşdırmalar üçün nüvə enerjisindən istifadə edəcək.