...

Baş Prokurorluq: Ukraynada qarşıdurmalarda 180 nəfər həlak olub, 300-ə yaxın insan yaralanıb

Dünya xəbərləri Materials 3 İyun 2014 14:18 (UTC +04:00)
Ukraynanın şərq vilayətlərində baş vermiş qarşıdurmalar nəticəsində 180 nəfər həlak olub, 293 nəfər xəsarət alıb.
Baş Prokurorluq: Ukraynada qarşıdurmalarda 180 nəfər həlak olub, 300-ə yaxın insan yaralanıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Ukraynanın şərq vilayətlərində baş vermiş qarşıdurmalar nəticəsində 180 nəfər həlak olub, 293 nəfər xəsarət alıb. Bu barədə çərşənbə axşamı Ukraynanın baş prokuroru səlahiyyətlərinin icraçısı Oleq Maxnitski brifinqdə bəyan edib. Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

Onun sözlərinə görə, öldürülənlərin 59-u hərbi qulluqçudur.

Maxnitski qeyd edib ki, eləcə də "şərqdə qarşıdurmaların başladığı vaxtdan terrorçular tərəfindən 220 nəfər oğurlanıb ki, onlardan 22 nəfəri əcnəbidir".

Təxribat, terror aktları, kütləvi iğtişaşların təşkili, Ukraynanın konstitusiya quruluşunu devirmək çağırışları və ərazi bütövlüyünün pozulması faktları üzrə 765 cinayət işi açılıb, 412 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti