...

Qazaxıstan paytaxtı dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub

Dünya xəbərləri Materials 22 Oktyabr 2014 22:50 (UTC +04:00)
Qazaxıstan paytaxtı Astana dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub.
Qazaxıstan paytaxtı dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Qazaxıstan paytaxtı Astana dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub. Trend Qazaxıstan prezidenti Nursultan Nazarbayevin paytaxt fəalları ilə görüşü zamanı bildirdiyinə istinadən bu barədə məlumat verir.

"16 il ərzində biz nəinki yeni paytaxtı tikmişik, həmçinin ondan ölkəmiz sakinlərini və dünyanın hər yerindən şəhərə gələn qonaqlarımızı təəccübləndirən və heyran edən şəhər salmışıq. Bu gün məlum olub ki, Astana şəhəri planetin ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub ", - Nursultan Nazarbayevin sözlərindən onun mətbuat xidməti sitat gətirir.

Dövlət başçısı bildirib ki, sabiq şəhər akimi (mer) İmanqali Tasmaqambetovun işlədiyi müddətdə Astana əhəmiyyətli dərəcədə yaxşılaşıb.

(Müəllif: Daniyar Muxtarov)

Xəbər lenti

Xəbər lenti