Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
"Qroznıy Avia" aviaşirkəti noyabrın 16-dan Simferepol-Yerevan marşrutu üzrə uçuşlara başlamağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə cümə axşamı "İnterfaks"a tanınmamış Krım respublikasının nəqliyyat naziri Anatoli Tsurkin məlumat verib.
Onun sözlərinə görə, bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra "Simferepol" aeroportundan ikinci beynəlxalq aviamarşrut olacaq. Bununla yanaşı, iyulda başlayan Simferepoldan İstanbula çarter reyslərindən fərqli olaraq, Simferepol-Yerevan marşrutu üzrə biletləri istənilən sifariş sistemində almaq olar.
Tsurkin bildirib ki, yeni istiqamətdə biletlərin satışına cümə axşamı başlanacaq.
Qeyd edək ki, Ukrayna aviaşirkətləri bu ilin martında Krımın Rusiyaya birləşdirilməsindən sonra Krıma uçuşları dayandırıblar.