...

Yaponiyada kilsədə yanğın nəticəsində dörd nəfər həlak olub

Dünya xəbərləri Materials 26 Oktyabr 2014 08:05 (UTC +04:00)
Yaponiyanın Nonoiti şəhərində (Honsü adasının cənubu, İsikava prefekturası) kilsədə baş vermiş yanğın nəticəsində ən azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub.
Yaponiyada kilsədə yanğın nəticəsində dörd nəfər həlak olub

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Yaponiyanın Nonoiti şəhərində (Honsü adasının cənubu, İsikava prefekturası) kilsədə baş vermiş yanğın nəticəsində ən azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Trend TASS agentliyinə istinadən bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verir.

Polisin məlumatına görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tenrikyo dini XIX əsrdə Yaponiyada əmələ gəlib. Dünyada bu dinin 2 milyona yaxın məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.

Xəbər lenti

Xəbər lenti