Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Bazar günü, noyabrın 16-da "Qroznı-Avia" aviaşirkəti Simferopoldan Yerevana müntəzəm reyslərə başlayıb. İlk reys "Simferopol" aeroportundan səhər çıxıb. Trend xəbər verir ki, bu barədə "Armenianreport" məlumat yayıb.
Tanınmamış "Krım Respublikası"nın nəqliyyat naziri Anatoli Tsurkin bildirib: "Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra Simferepoldan açılan ikinci, biletləri onlayn bronlanan birinci beynəlxalq aviamarşrutdur".
Nazirin sözlərinə görə, Yerevandan Siomferopola reys isə noyabrın 17-də həyata keçiriləcək.
Reyslər həftədə bir dəfə həyata keçiriləcək.