Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Syerra-Leonedə "Ebola" virusuna yoluxmuş cərrah ABŞ-da dünyasını dəyişib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, 44 yaşlı Martin Selia Nebraska ştatının Universiteti nəzdindəki tibb mərkəzində (Omaha şəhəri) müalicə alırdı.
O, Syerra-Leone vətəndaşı olsa da, ABŞ-da daimi yaşamaq üçün icazəsi var idi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Ebola" virusundan ölənlərin sayı 5 mini ötüb. Ən çox ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınır.