...

Erməni hərbçilər Türkiyədə təftiş aparacaqlar

Dünya xəbərləri Materials 26 Noyabr 2014 16:03 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin təftiş qrupu Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə çərçivəsində noyabrın 26-28-də Türkiyədə təftiş aparacaq.
Erməni hərbçilər Türkiyədə təftiş aparacaqlar

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin təftiş qrupu Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə çərçivəsində noyabrın 26-28-də Türkiyədə təftiş aparacaq. Bu barədə Trend "Mediamaks" agentliyinə istinadən məlumat verir.

Təftiş zamanı Ermənistanla sərhəddə hərbi hissələrin elan olunmuş coğrafi koordinatları və sxemləri dəqiqləşdiriləcək, nəzarət altında olan obyektlərdə Müqavilə ilə məhdudlaşdırılan texnika və silahların [döyüş tankları, zirehli döyüş avtomobilləri, artilleriya silahı] sayı və mövcudluğu yoxlanacaq.

Hərbi hissələrin və onların ərazilərinin sərhədlərinin monitorinqi də aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti