...

Türkiyədə matəm elan edilib

Dünya xəbərləri Materials 16 Dekabr 2014 20:50 (UTC +04:00)
Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbdə şagird və müəllimlərin öldürülməsi ilə əlaqədar Türkiyədə matəm elan edilib.
Türkiyədə matəm elan edilib

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbdə şagird və müəllimlərin öldürülməsi ilə əlaqədar Türkiyədə matəm elan edilib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar olaraq Türkiyədə birgünlük matəm elan edilib.

Qeyd edək ki, bu gün "Təhriki-Taliban Pakistan" yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər.

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100 nəfər uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.

Məlumat üşün bildirək ki , TÜrkiyə və Pakistan arasında sıx əməkdaşlıq mövzüddur. Bu il mayın 13 Türkiyənin Soma şəhərində şattada baş verən partlayış nəticəsində 301 nəfərin ölümü ilə əlaqədar olaraq Pakistanda da matəm elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti