...

İranda 17 xəstəxana bağlanıb

Dünya xəbərləri Materials 23 Dekabr 2014 12:29 (UTC +04:00)
Maliyyə problemləri və avadanlıq çatışmazlığı ilə əlaqədar İranda 17 xəstəxana bağlanıb.
İranda 17 xəstəxana bağlanıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

Maliyyə problemləri və avadanlıq çatışmazlığı ilə əlaqədar İranda 17 xəstəxana bağlanıb. Bunu İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi jurnalistlərə açıqlamasında deyib. Trend-in məlumatına görə, bu barədə Nasim saytı xəbər verir.

H.Haşimi deyib ki, hazırda ölkə ərazisində 35 xəstəxananın tikintisi isə yarımçıq qalıb: "Hökumət özəl sektorun yardımı ilə bu xəstəxanaların inşasının başa çatdırılması və istifadəyə verilməsi üçün işlər görəcək".

Nazir xəstəxanalarda çalışmaq üçün kadr çatışmazlığı probleminin olduğunu da bildirib.

İran KİV-in məlumatına görə, ölkə xəstəxanalarında tibb bacılarının çatışmazlığı problemi mövcuddur. Belə ki, tibb bacıları əməkhaqqının az olması, xaricdə onlara daha çox məvacib ödənilməsi səbəbindən ölkəni tərk edirlər.

Beynəlxalq standartlara uyğun olaraq, hər xəstəxana çarpayısına azı iki tibb bacısı düşməlidir, İranda isə bu göstərici iki dəfə azdır.

Qeyd edək ki, İranda tibb bacılarının ən aşağı məvacibi 380 dollara yaxın təşkil edir. İranlı tibb bacılarının getdikləri ABŞ, Kanada və Avstraliyada isə orta aylıq əməkhaqqı 2500-4000 dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti