...

İranda 47 milyon nəfər qeyri-sağlam qidalanır

Dünya xəbərləri Materials 24 Dekabr 2014 16:54 (UTC +04:00)
İranda 47 milyon nəfər qeyri-sağlam məhsullarla qidalanır.
İranda 47 milyon nəfər qeyri-sağlam qidalanır

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda 47 milyon nəfər qeyri-sağlam məhsullarla qidalanır. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari "Duzdan istifadənin azaldılması üzrə milli səfərbərlik" adlı konfransda çıxışı zamanı deyib.

Ə.Səyyari bildirib ki, qeyri-sağlam qida dedikdə, yağlı, şirin və duzlu yeməkləri nəzərdə tutur: "Meyvə və tərəvəzdən istifadənin azalması, duz, şəkər və yağdan çox istifadə qeyri-sağlam qidalanma deməkdir".

Onun sözlərinə görə, iranlılar sutka ərzində orta hesabla 10-12 qram duz istifadə edirlər: "Lakin bu rəqəm 5 qram olmalıdır. 50 yaşdan yuxarı insanlar isə gündəlik 3 qram duz istifadə etməlidirlər".

Nazir müavini qan təzyiqinin qarşısını almaq üçün duzdan istifadənin azaldılmasının zəruriliyini vurğulayıb: "Ölkədə 10 milyon nəfər qan təzyiqindən əziyyət çəkir. Onlar 15-64 yaşlı insanlardır. İldə isə 86 500 nəfər qan təzyiqindən ölür. Bundan başqa, qan təzyiqindən əziyyət çəkənlərin 50 faizi öz xəstəliyindən xəbərsizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti