...

Misir də matəm elan etdi

Dünya xəbərləri Materials 23 Yanvar 2015 14:27 (UTC +04:00)
Misir Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 7 gün matəm elan edib
Misir də matəm elan etdi

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Misir Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 7 gün matəm elan edib. Bu barədə Trend cümə günü "Cihan" agentliyinə istinadən məlumat verir.

Kralın vəfatı ilə əlaqədar bəzi Yaxın Şərq ölkələri də matəm elan edib. İordaniyada matəm günlərinin sayı 40 olaraq müəyyənləşdirilib.

Kral Abdullahla sonuncu dəfə görüşən lider isə Misirin Prezidenti Əbdülfəttah əl-Sisi olub.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd Şahzadə Salman ibn Əbdüləziz təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti