...

Polis Gümrüdəki etiraz aksiyasının təşkilatçılarını cəzalandıracaq

Dünya xəbərləri Materials 28 Yanvar 2015 15:05 (UTC +04:00)
Yanvarın 15-də Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyasının təşkilatçıları cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Polis Gümrüdəki etiraz aksiyasının təşkilatçılarını cəzalandıracaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Yanvarın 15-də Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyasının təşkilatçıları cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu barədə çərşənbə günü jurnalistlərə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib. Trend xəbər verir ki, bu barədə "Novosti Armeniya" yazır.

Qasparyan vəd edib: "Elə hal olmayacaq ki, kimsə adamları hüquqazidd hərəkətlərə sövq etsin və cəzasız qalsın. Bu davanı kim təşkil edibsə, polisləri daşla döymək kimin ağlına gəlibsə, aşkar olunacaq və cəzalandırılacaq".

Qeyd edək ki, yanvarın 15-də Gümrüdə yeddi nəfərdən ibarət bir ailəni qətlə yetirən 102-ci Rusiya Hərbi Bazasında xidmət keçən əsgər Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə etiraz aksiyası keçirilib. Nəticədə 18 polis və 10 mülki şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti