...

"Fitch": Ermənistan iqtisadiyyatında durğunluq gözlənilir

Dünya xəbərləri Materials 2 Fevral 2015 14:03 (UTC +04:00)
“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "ВВ-"dən "В+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir.
"Fitch": Ermənistan iqtisadiyyatında durğunluq gözlənilir

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"Fitch" beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "ВВ-"dən "В+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir. Trend xəbər verir ki, bu barədə RİA Novosti reytinq agentliyin rəsmi saytına istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Ölkənin xarici və yerli valyutada əsas təmin olunmamış istiqrazlarının reytinqləri "BB-"dən "B +"ə qədər düşüb. Qısamüddətli xarici valyutada DER "B" səviyyəsində təsdiqlənib.

Agentliyin analitiklərinin qeyd etdikləri kimi, Rusiya bazarındakı mənfi hallar Ermənistana güclü təsir göstərir ("BBB-"/mənfi proqnoz). Bununla əlaqədar tədiyə balansı və iqtisadi artımın perspektivləri üçün risklər mövcuddur. 2015-ci ildə Ermənistan iqtisadiyyatında Rusiya iqtisadiyyatının pisləşməsi və ardınca milli valyutaya təzyiqlər səbəbindən müəyyən riskli orta durğunluq gözlənilir.

2015-ci ildə transfertlərin azaldılması və Ermənistandan ixraca Rusiyadan tələbin azalması ilə bağlı cari hesab defisiti yenidən artacaq. Ermənistan ÜDM-nin 15 faizə yaxınını təşkil edən transfertlər 2014-cü ilin son aylarında təxminən 30 faiz azalıb, çünki onların 90 faizi məhz Rusiyadan daxil olur.

İxraca gəldikdə, əlvan metalların qiymətləri (eləcə də Ermənistanın ixracının yarısını təşkil edən mis) azala bilər.

Qeyd edək ki, Yanvarın 16-da "Moody's" beynəlxalq reytinq şirkəti Ermənistanın dövlət istiqrazlarının reytinqini "Ba2"-dən "Ba3"-dək azaltmışdı, eləcə də proqnozu sabitdən mənfiyədək pisləşdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti