...

Ermənistandan miqrasiya 12 faiz artıb

Dünya xəbərləri Materials 10 Mart 2015 17:12 (UTC +04:00)
2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb.
Ermənistandan miqrasiya 12 faiz artıb

Azərbaycan, Bakı, 10 mart /Trend/

2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə ölkənin Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyətin pisləşməsinin bariz göstəricisi Ermənistandan mühacirətin artımıdır.

Ermənistan sərhəd elektron idarəsinin informasiya sistemindən verilən məlumata əsasən, 2014-cü ildə respublikanın nəzarət-buraxılış məntəqələri vasitəsilə xarici sərnişin dövriyyəsinin ümumi həcmi 5 510,9 min səfər təşkil edib. 2013-cü ildə bu rəqəm 4 983,9 min səfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti