...

Rusiyanı tənqid edənlərin nəzərinə: Ölkəyə giriş qadağan edilə bilər

Dünya xəbərləri Materials 2 Aprel 2015 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Rodina" partiyasının rəhbəri, Dövlət Dumasının deputatı Aleksey Juravlyov Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidmətinə xarici vətəndaşların Rusiyaya girişinə qadağa qoymaq səlahiyyətinin verilməsini təklif edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu qadağanın KİV və sosial şəbəkələrin monitorinqi əsasında qoyulması planlaşdırılır.

Ölkəyə girişə qadağa Rusiyanın vəzifəli şəxslərinin, vətəndaşlarının və ümumilikdə ölkənin şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətmiş xarici vətəndaşlara şamil edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti