...

Mövlud Çavuşoğlu: "Obamanın dəqiq və dəyişməz mövqeyi var"

Dünya xəbərləri Materials 22 Aprel 2015 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistan 1915-ci il hadisələrinə birtərəfli qiymət verməkdən və onları saxta "erməni soyqımı" kimi qələmə verməkdən imtina etməlidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə əsasən, 1915-ci il hadisələrində təkcə ermənilər deyil, həm də türklər iztirab çəkiblər.

ABŞ Prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı gözlənilən çıxışını şərh edən M.Çavuşoğlu Prezidentin bu məsələ ilə bağlı dəqiq və dəyişməz mövqeyi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti