...

Avropa Birliyi və Türkmənistan razılığa gəldilər

Dünya xəbərləri Materials 3 May 2015 00:36 (UTC +04:00)

Avropa Birliyi Rusiyadan enerji sahəsində asılılığını azaltmaq məqsədi ilə, Türkmənistandan 2019-cu ildən başlayaraq təbii qaz almağı planlaşdırır. Bunu Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç deyib. Bu barədə Trend Reuters agentliyinə istinadən xəbər verir.

"Türkmənistan üçün ixracı diversifikasiya etmək çox vacibdi, AB üçün isə idxalı", - Şevçoviç qeyd edib.

Sədr müavini, Avropanın Türkmən qazını 2019 ildə gözlədiyini qeyd etdi.

Şavçoviç Aşxabad şəhərində Azərbaycanın energetika naziri Natiq Əliyev, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocaməhəmmədov və Karbohidrogen resurslarının idarə olunması və istifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşigeldi Kakayevlə görüşüb.

"Biz Transxəzər qaz kəməri ilə bağlı bütün məsələləri müzakirə etdik. Böyük bir strateji addım etdik", - Şevçoviç qeyd edib.

Keçən il Türkmənistanla Türkiyə arasında Trans-Anadolu layihəsinin qazın çatdırılması üçün istifadəsi barədə razılıq imzalanmışdı. Bu razılıq Azərbaycanın "Şahdəniz-2" layihəsinin qazının çatdırılmasını nəzərdə tuturdu.

"2019-2020-ci illər arası bütün işlər yekunlaşmalı, bütün borular Azərbaycandan Avropaya qazı çatdırmaq üçün hazır olmalıdı", - Şevçoviç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti