...

İsrail Baş nazirinin xanımı Obamanı “qara və açıq qəhvə” ilə müqayisə edib

Dünya xəbərləri Materials 22 İyun 2015 11:07 (UTC +04:00)
İsrailin Baş nazirinin müavini Silvan Şalomun həyat yoldaşı, jurnalist Cudi Nir-Mozes-Şalom internetdə ABŞ prezidenti ilə zarafat etdikdən sonra ondan üzr istəməli olub.
İsrail Baş nazirinin xanımı Obamanı “qara və açıq qəhvə” ilə müqayisə edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İsrailin Baş nazirinin müavini Silvan Şalomun həyat yoldaşı, jurnalist Cudi Nir-Mozes-Şalom internetdə ABŞ prezidenti ilə zarafat etdikdən sonra ondan üzr istəməli olub. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

C.Şalom "Twitter" səhifəsində ingiliscə belə bir tvit yazıb: "Bilirsiniz, "Obama qəhvəsi" necədir? Qara və açıq".

Bu tvitdən sonra xanımın 75 min izləyicisi onun zarafatında rasizm əlamətlərinə işarə edib. Jurnalist belə olduğu təqdirdə, yazısını silib ABŞ prezidentindən üzr istəmək məcburiyyətində qalıb: "Prezident Obama, haradansa eşitdiyim yersiz zarafatımı dərc etməməli idim. İnsanlara münasibətim onların irqindən və dinindən asılı deyil".

C.Şalomun yazdığı növbəti tvitdən belə məlum olub ki, həyat yoldaşı bu qalmaqallı hadisə barəsində heç nə bilmir: "Ümid edirəm ki, ərim etdiklərimi bildikdən sonra məndən boşanmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti