...

AŞ komissarı Yerevanda jurnalistlərə qarşı güc tətbiqindən narahatdır

Dünya xəbərləri Materials 24 İyun 2015 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də Yerevanda keçirilən dinc aksiyada etirazçıların dağıdılması zamanı polisin güc tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. Bu barədə Trend "Novosti Armeniya"ya istinadən xəbər verir.

O bildirib ki, mətbuat nümayəndələrinin təhlükəsiz və azad mühitdə işləmək imkanı olmalıdır.

N.Muyjnieks Ermənistan hökumətini söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa, etirazçıların dağıdılması və həbsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilən zorakılıq halları ilə bağlı araşdırma aparmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti