...

Yerevandakı kütləvi etiraz aksiyası Ermənistanın digər şəhərlərinə də yayılır

Dünya xəbərləri Materials 24 İyun 2015 16:24 (UTC +04:00)
Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulur.
Yerevandakı kütləvi etiraz aksiyası Ermənistanın digər şəhərlərinə də yayılır

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulur.

Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, ötən gün Vanadzor və Gümrü şəhərlərində oturaq etiraz aksiyasının keçirildiyi məlum olub.

Bu gün "Oğurluğa yox!" təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan iştirakçılara bildirib ki, iyunun 24-ü saat 18:00-da Araqasotnedə də mitinqin baş tutacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, bu qərara qarşı etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni icmaları da qoşulublar.

Hazırda etirazçılar artıq 18 saatdır ki, mərkəzi Baqramyan prospektini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti