Azərbaycan, Bakı, 14 iyul /Trend/
İran razılaşdırılmış bütün şərtləri yerinə yetirəcəyi təqdirdə Aİ iqtisadi və maliyyə sanksiyalarını ləğv edəcək. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə layihə sənədində deyilir.
Bundan başqa, sənəddə qeyd edilir ki, Tehran 15 il ərzində uranı 3,67 faizdən çox zənginləşdirməməyə razılaşıb.