...

Yerevanda etirazçılar prezidentə ultimatum verdilər

Dünya xəbərləri Materials 15 İyul 2015 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Yerevanın mərkəzində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı etiraz edənlər Ermənistan prezidentinə ultimatum veriblər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.

Etirazçılar iyunun 23-ü və iyulun 6-da keçirilmiş aksiyalarda nümayiş iştirakçıları və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da tələb edirlər.

Qeyd edək ki, iyunun 19-dan Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti