Azərbaycan, Bakı, 20 avqust /Trend/
Slovakiyada məşq uçuşları zamanı iki idman təyyarəsi toqquşub. Nəticədə 7 nəfər həlak olub. İki təyyarədə ümumilikdə 40 nəfərin olduğu ehtimal edilir. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Hadisənin baş verdiyi uzaq dağ rayonuna həkim, yanğınsöndürən və polislərin olduğu avtomobillər və vertolyotlar göndərilib.
Qəzanın səbəbləri araşdırılır.