...

İranın Xuzestan əyalətində iki tayfa arasında qanlı qarşıdurma

Dünya xəbərləri Materials 15 Sentyabr 2015 12:05 (UTC +04:00)
İranın Xuzestan əyalətinin Bağ Məlik şəhərinin Putək Calali kəndində iki tayfa arasında baş vermiş qanlı qarşıdurma zamanı onlarla adam ölüb və yaralanıb.
İranın Xuzestan əyalətində iki tayfa arasında qanlı qarşıdurma

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Xuzestan əyalətinin Bağ Məlik şəhərinin Putək Calali kəndində iki tayfa arasında baş vermiş qanlı qarşıdurma zamanı onlarla adam ölüb və yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İranın bultanews xəbər saytı məlumat verir.

Məlumata görə, ötən gün axşamçağı baş verən qarşıdurmada polis və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sakitləşdirilib.

Şahidlərin bildirdiyinə görə, bu kənddəki iki tayfa arasındakı ixtilaflar əkin sahələrinə görə uzun illərdir ki, davam edir, lakin dünənki qarşıdurma itgiləri və yaralananların sayına görə indiyədək baş verməyib. Ötən günki qarşıdurmada tərəflər odlu silahla bir-birlərinə atəş açıblar və onlarla adam ölüb və yaralanıb.

Sayt ölən və yaralananların sayını yazmayıb. Hazırda kəndin təhlükəsizliyini təmin etmək üçün polis və təhlükəsizlik qüvvələri orada keşik çəkir. Polis bir neçə nəfəri həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti