Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Türkiyənin Şırnak vilayətində PKK qrupu üzvlərinin Jandarma Qüvvələrinə və Polis bölməsinə hücumu nəticəsində 2 əsgər ölüb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Trend-in Hurriyet qazetinə istinadən verdiyi məlumata əsasən, hücüm nəticəsində 8 əsgər, 6 polis əməkdaşı və bir keşikçi yaralanıb.
Qeyd olunur ki, hücumun ardından keçirilən xüsusi əməliyat nəticəsində 34 nəfəf PKK üzvü məhv edilib.