...

Polis Komandanı: İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır

Dünya xəbərləri Materials 5 Oktyabr 2015 13:58 (UTC +04:00)
İran polisi digər müsəlman ölkələrindən olan polis qüvvələri ilə birlikdə Məkkədə zəvvarların nizam-intizamını təmin etməyə hazırdır.
Polis Komandanı: İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran polisi digər müsəlman ölkələrindən olan polis qüvvələri ilə birlikdə Məkkədə zəvvarların nizam-intizamını təmin etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general Hüseyn Əştəriyə istinadən məlumat verir.

H.Əştəri Minada baş verən hadisə zamanı Səudiyyə Ərəbistanı polisinin məsuliyyətini düzgün yerinə yetirmədiyini bildirib: "Əgər Səudiyyə Ərəbistanı Allah evinin zəvvarlarının nizam-intizamını təmin etmək öhdəliyini düzgün yerinə yetirə bilmirsə, bu işin məsuliyyətini İslam ölkələri polislərinə təhvil versinlər".

H.Əştəri deyib ki, İran polisi bu öhdəliyi ən yaxşı formada yerinə yetirə bilər: "Mina faciəsində əsas amil Səudiyyə Ərəbistanı polisinin məsuliyyətsiz hərəkətidir. Əgər onlar iradə nümayiş etsəydilər, bu böyük faciənin qarşısını ala bilərdilər və yaralıları xilas edə bilərdilər".

Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 465 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti