...

İranın hərbi gəmiləri Bakıya gəlir

Dünya xəbərləri Materials 19 Oktyabr 2015 13:53 (UTC +04:00)
İranın hərbi gəmiləri Bakıya gələcək.
İranın hərbi gəmiləri Bakıya gəlir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend müxbir Təmkin Cəfərov /

İranın hərbi gəmiləri Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə İranın "MEHR" agentliyi məlumat verir.

Məlumata görə, eskadranın komandiri Əhməd Rza Baqiri deyib ki, İranın şimalında Bəndər-Ənzəli şəhərindən üç gəmi bazar günü Həştərxana yola düşüb: "Səfər əvvəlcədən planlaşdırılıb. 14 günlük səfərdə "Dəmavənd" esminesi, "Cuşan" və "Peykan" adlı iki raket kateri və 200 hərbçi iştirak edir. Həştərxandan sonra eskadra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra İrana geri dönəcək".

Ə.R.Baqiri deyib ki, səfərin məqsədi Xəzərdə təhlükəsizliyin təmini üçün əlaqələrin genişləndirilməsi və iki tərəfli mədəni əlaqələrin inkişaf etdirilməsidir: "Bu kimi səfərlərin təşkili Xəzəryanı ölkələr arasında qonşuluq əlaqələrinin artması və Xəzərin təhlükəsizliyi və ekologiyasının təmini baxımından önəmlidir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti