Azərbaycan, Bakı, 8 noyabr /Trend /
Myanmada son 25 ilin ilk parlament seçkiləri keçirilir.
Trend-in Interfaks agentliyinə istinadən verdiyi məlumata əsasən, 32 milyon vətəndaşın səsvermə hüququna malik olduğu ölkədə 664 mandat uğrunda 6 mindən çox namizəd mübarizə aparır.
Seçki müddətində asayişi 40 minə yaxın polis əməkdaşı qoruyacaq.
1962-ci ildən hərbi diktaturanın hökm sürdüyü Myanmada səsvermə prosesini 10 mindən çox müşahidəçi izləyir.