...

Ərdoğan: Rusiya sözünü tutmadı

Dünya xəbərləri Materials 27 Noyabr 2015 17:24 (UTC +04:00)
Rusiya təyyarələrinin bir daha Türkiyənin hava məkanını pozmayacaqlarına dair verdiyi sözü tutmadı.
Ərdoğan: Rusiya sözünü tutmadı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rusiya təyyarələrinin bir daha Türkiyənin hava məkanını pozmayacaqlarına dair verdiyi sözü tutmadı. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, G20 sammitində Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması faktlarını müzakirə edib: "Rusiya Prezidenti Vladimir Putin zarafatla təklif etdi ki, Ankara Rusiya təyyarələrinin hava məkanını ilk dəfə pozması halını "qonaq" kimi qiymətləndirsin. Lakin bəyan etdim ki, Türkiyə dəvətsiz qonaqları gözləmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti