...

İran 8 ayda 900 kq kürü ixrac edib

Dünya xəbərləri Materials 7 Dekabr 2015 10:34 (UTC +04:00)
Cari ilin ilk 8 ayında 900 kiloqram yetişdirilmiş kürü ixrac olunub ki, bu rəqəm 2016-cı ilin mart ayınadək 1,5 tona çatacaq.
İran 8 ayda 900 kq kürü ixrac edib

Bakı. Təmkin Cəfərov - Trend:

Cari ilin ilk 8 ayında 900 kiloqram yetişdirilmiş kürü ixrac olunub ki, bu rəqəm 2016-cı ilin mart ayınadək 1,5 tona çatacaq. Bunu İranın "Şilat" balıqçılıq təşkilatının Balıqçılığın İnkişafı və Emalı İdarəsinin rəisi İsa Gülşahi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verib.

İ.Gülşahi deyib ki, yetişdirilmiş kürünün 1 kiloqramı 1500-1600 dollara ixrac olunur.

Onun sözlərinə görə, ötən il İrandan digər ölkələrə 1 ton yetişdirilmiş kürü ixrac olunub.

Qeyd edək ki, hazırda Xəzəryanı ölkələrin əldə etdikləri razılığıa əsasən, Xəzərdə nərəkimi balıqların ovu qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti