Əhməd Davudoğlu Serbiyaya səfər edəcək

Dünya xəbərləri Materials 27 Dekabr 2015 16:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Aleksandr Vuçiçin dəvəti ilə 28-29 dekabr tarixlərində Serbiyaya səfər edəcək. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Belqradda keçiriləcək görüşdə ölkələr arasında münasibətlər, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında müzakirələr aparılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti