...

Ukrayna Prezidenti 2015-ci ildə 2,371 mln. dollar qazanıb

Dünya xəbərləri Materials 1 Aprel 2016 13:34 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenkonun 2015-ci ildəki gəliri 2,371 milyon dollar (62,163 milyon qrivna) təşkil edib.
Ukrayna Prezidenti 2015-ci ildə 2,371 mln. dollar qazanıb

Bakı. Elçin Hüseynov - Trend:

Ukrayna Prezidenti Petro Poroşenkonun 2015-ci ildəki gəliri 2,371 milyon dollar (62,163 milyon qrivna) təşkil edib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi gəlir deklarasiyasında göstərilir.

Gəlir deklarasiyası Ukrayna Prezidentinin saytında dərc edilib.

Sənədə əsasən, ümümi məbləğdən 4,617 min dollar Prezidentin əmək haqqı, 472 min dollar - dividentlər, 1,894 milyon dollar isə - "digər gəlir"lər kimi qeyd olunub.

Rəsmi deklarasiyaya görə, ölkə başçısının bank hesablarında 21,5 milyon dollar vəsait var.

"Forbes Ukraine" jurnalının hesablamalarına ğörə, P.Poroşenko "Urkaynanın Top-100 ən varlı insanları" siyahısında 6 yeri tutur.

Jurnal Prezidentin varidatını 858 milyon dollar səviyyəsində dəyərləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti