...

Avropaya Aralıq dənizi vasitəsilə 180 mindən çox miqrant gəlib

Dünya xəbərləri Materials 22 Aprel 2016 15:39 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 180 mindən çox miqrant və qaçqın gəlib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Yanvar-mart ayları ərzində Yunanıstana 154 227, İtaliya - 24 927, İspaniya - 1 063, Kiprə isə 28 miqrant və qaçqın gəlib.

Bununla yanaşı, Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 1231 nəfərə çatıb. Bu rəqəmə aprel ayında Liviya sahillərində həlak olmuş təqribən 500 nəfər də daxildir.

Bundan əvvəl Yunanıstan hökuməti bəyan etmişdi ki, miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan gəlir. Ontlar arasında Pakistan və İran vətəndaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti