...

Pentagon: Rusiyanın hərbi aviasiyasının hərəkətləri təhlükəlidir

Dünya xəbərləri Materials 3 May 2016 11:24 (UTC +04:00)
ABŞ hesab edir ki, Rusiya hərbi aviasiyanın amerikalı təyyarə və gəmilərinə qarşı hərəkətləri hər iki tərəf üçün "təhlükəli və gözlənilməz şərait" yaradır.
Pentagon: Rusiyanın hərbi aviasiyasının hərəkətləri təhlükəlidir

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ hesab edir ki, Rusiya hərbi aviasiyanın amerikalı təyyarə və gəmilərinə qarşı hərəkətləri hər iki tərəf üçün "təhlükəli və gözlənilməz şərait" yaradır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

Baltik dənizi səmasında bu yaxınlarda Rusiyanın "Su-127" qırıcısı tərəfindən ABŞ-ın "RC-1135" kəşfiyyat təyyarəsinin yaxalanmasını şərh edərkən, nazir bu əməlliyatı "qeyri-peşəkar və təhlükəli" adlandırıb: "Partnyorlarımızda olduğu kimi, bizim qüvvələrimizin də müdafiəyə tam haqqı var. Buna görə də, belə tipli qeyri-peşəkar hərəkətlər təhlükəli nəticələrə gətirib çıxara bilər".

E.Karter bildirib ki, son zamanlar belə insidentlər tez-tez baş verir və Rusiyanın hərbi sahəsində bu tipli davranışı ABŞ-ın və Avropanın bütün ölkələrinin narazılığına səbəb olan "hərəkətlərindəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti