...

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya xəbərləri Materials 17 İyun 2016 16:34 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Rusiya və Qərb arasında münasibətlər Ukraynadakı vəziyyətlə bağlı gərginləşib. Hazırda Aİ Rusiyaya qarşı 3 növ sanksiya tətbiq edir. Birincisi, 2016-cı il sentyabrın 16-dək fərdi sanksiyalardır. İkincisi, cari il iyulun 31-dək qüvvədə olan sahəvi xarakterli sanksiyalardır. Üçüncüsü isə Krıma qarşı tətbiq olunan sanksiyalardır.

Bu gün Aİ Krıma qarşı sanksiyaların müddətini isə 2017-ci il iyunun 23-nə qədər uzadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti