...

Gürcüstan dağlarında 4 əcnəbi alpinistin meyiti tapılıb

Dünya xəbərləri Materials 6 Avqust 2016 17:33 (UTC +04:00)
Xilasedicilər Gürcüstanın Svaneti vilayətində Uşba dağında 4 əcnəbi alpinistin meyitini aşkar ediblər.
Gürcüstan dağlarında 4 əcnəbi alpinistin meyiti tapılıb

Bakı. Trend:

Gürcüstanın Svaneti vilayətində Uşba dağında xilasedicilər 4 əcnəbi alpinistin meyitini aşkar ediblər.

Trend-in məlumatına görə, bu barədə "Novosti-Qruziya" agentliyi Gürcüstanın fövqəladə hallar idarəsinə istinadən xəbər verib.

Məlumatda qeyd olunur ki, ölən alpinistlərdən 2-si İsrail, 1-i Rusiya, digəri isə Estoniya vətəndaşıdır.

Bildirilir ki, alpinistlər yarğana düşüb və orada ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti