...

Yaponiya imperatoru taxt-tacdan imtina etmədi

Dünya xəbərləri Materials 8 Avqust 2016 12:30 (UTC +04:00)
Yaponiya imperatoru Akixito ölkə vətəndaşlarına videomüraciət edib.
Yaponiya imperatoru taxt-tacdan imtina etmədi

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiya imperatoru Akixito ölkə vətəndaşlarına videomüraciət edib. O, videomüraciətində bəyan edib ki, öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Dövlət televiziya kanalında yayımlanan müraciətdə 81 yaşlı imperator deyib: "Narahatam ki, Yaponiya millətinin və xalq birliyinin simvolu funksiyasını tam şəkildə icra etmək getdikcə mənə daha da çətinləşir".

Eyni zamanda, Akixito taxt-tacdan öz oğlu şahzadə Naruhitonun xeyrinə imtinası barədə gözlənilən bəyanatla çıxış etməyib.

Daha əvvəl Yaponiyanın "NHK" telekanalı xəbər verib ki, 82 yaşlı Akixitonun son vaxtlar səhhəti ilə bağlı problemləri var və bu səbəbdən bəzən ictimai tədbirlərdə iştirak edə bilmir. Onu belə tədbirlərdə böyük oğlu şahzadə Naruhito əvəz edir.

Qeyd edək ki, Yaponiya tarixində imperatorun sağ olarkan əvəz edilməsi presedenti olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti