...

The Huffington Post: "Müstəqil" Ermənistan Rusiyanın koloniyası olaraq qalır

Dünya xəbərləri Materials 26 Avqust 2016 13:09 (UTC +04:00)
Müstəqilliyinin 25 illiyinə yaxınlaşan Ermənistan keçmiş Sovet İttifaqının ən kasıb ölkələrindən biri olaraq qalır.
The Huffington Post: "Müstəqil" Ermənistan Rusiyanın koloniyası olaraq qalır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Müstəqilliyinin 25 illiyinə yaxınlaşan Ermənistan keçmiş Sovet İttifaqının ən kasıb ölkələrindən biri olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə erməni hüquq müdafiəçisi Armine Saakyanın ABŞ-ın "The Huffington Post" nəşrində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, hazırda Ermənistanda korrupsiya "çiçəklənir" və zənginlərlə kasıblar arasında böyük uçurum var.

Müəllifin fikrincə, Ermənistanın müstəqillik qazanmasından bu günədək böyük uğur qazana bilməməsinin səbəbi ölkənin nominal müstəqil olmasındadır: "Əslində, Ermənistan hələ də Rusiyanın koloniyasıdır".

O qeyd edir ki, Ermənistan 2013-cü ilin payızında Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazır olanda Rusiyadan iqtisadi asılılığını azaltmaq şansı var idi: "Lakin Rusiya Prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanı Kremlə çağırdıqdan sonra Sarkisyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulacağını bəyan etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti