...

İslam Kərimov vəfat etdi

Dünya xəbərləri Materials 2 Sentyabr 2016 20:52 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Prezidenti İslam Kərimov vəfat edib.

Trend-in məlumatına görə, insult keçirən dövlət başçısı ötən şənbə günü xəstəxanaya yerləşdirilmişdi.

İ.Kərimov 1938-ci il yanvarın 30-da Səmərqənddə anadan olub. 1991-ci ildə Özbəkistanın müstəqilliyi elan olunandan ölkənin prezidenti olub.

Sovet dövründə 1989-1991-ci illərdə Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti