Bakı. Trend:
Boliviyanın Tarixa departamentində sərnişin avtobusu çevrilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2-si uşaq olmaqla 13 nəfər həlak olub, 32 nəfər isə xəsarət alıb.
"Qəza nəticəsində 32 xəsarət alıb, 13 nəfər isə həlak olub. Həlak olanların 5-i kişi, 6-sı qadın, 2-si idə uşaq olub", - departament polisinin rəhbəri Ramiro Lafuente deyib.
Məlumatlara görə, qəzaya səbəb avtomobilin əyləc sistemində problemin olması olub.