...

Türkiyədə güclü zəlzələ: dağıntılar var (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 6 Fevral 2017 10:30 (UTC +04:00)
Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.
Türkiyədə güclü zəlzələ: dağıntılar var (YENİLƏNİB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:43-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.

Bayırköy muxtarı Mehmet Yəhya Çavuş isə kənddə 40-50 evə, eləcə də təsərrüfata zərər dəydiyini deyib.

Çamköy muxtarı Mustafa Sinop da kənddə 5-6 evin zərər gördüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti