...

Kraliça "sapfir" yubileyini qeyd edir

Dünya xəbərləri Materials 6 Fevral 2017 20:25 (UTC +04:00)
Böyük Britaniya kraliçası II Yelizaveta taxta çıxmasının 65 illiyini - "sapfir" yubileyini qeyd edir.
Kraliça "sapfir" yubileyini qeyd edir

Bakı. Trend:

Böyük Britaniya kraliçası II Yelizaveta taxta çıxmasının 65 illiyini - "sapfir" yubileyini qeyd edir.

Trend-in məlumatına görə, bu barədə kral ailəsinin rəsmi "Facebook" səhifəsində xəbər verilib.

Bu münasibətlə kral sarayı kraliçanın fotoqraf Deyvid Beyli tərəfindən 2014-cü ildə çəkilmiş portretini yenidən yayınlayıb. Portretdə kraliça Yelizaveta 1947-ci ildə atası kral Georqun ona toy hədiyyəsi etdiyi sapfirlərlə bəzdilmiş sırğa və boyunbağıdadır.

Eləcə də sapfir yubileyi münasibətilə xüsusi markalar buraxılıb. Saraydan bildirilib ki, heç bir təmtəraqlı tədbirin keçirilməsi nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti