Bakı. Trend:
Pakistanın Xeybər-Paxtunxva vilayətində terrorçu minalanmış avtomobillə polis məntəqəsinə daxil olub.
Trend-in məlumtına görə, terrorçunun hücumu nəticəsində ən azı iki polis əməkdaşı xəsarət alıb.
"Dawn" qəzeti partlayış nəticəsində terrorçunun həlak olduğunu yazır.
Hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.